00:00:00
Yazar
Nərmin Həşimova
09.04.2026 22:16 20 2 dəq oxuma
Siyasət

Tramp İranla atəşkəsin əldə edilməsində Çinin əsas rol oynadığını deyib

Tramp İranla atəşkəsin əldə edilməsində Çinin əsas rol oynadığını deyib

ABŞ-İran danışıqları aprelin 10-da başlayacaq. Eyni zamanda, Tramp Çinin İranla atəşkəsin əldə edilməsində əsas rol oynadığını qeyd edib.


Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, bu səbəbdən prosesin yaxın zamanda həll olunacağı gözlənilmir:


"Çin ABŞ siyasətində mərkəzi yeri tutur və ona həm rəqib kimi, həm də təhlükəli düşmən kimi baxırlar. Amerikalıların istəyi odur ki, Çin parçalansın və böyük bir güc kimi mövcudluğunu saxlaya bilməsin. Digər tərəfdən, ABŞ özü də etiraf edir ki, Çinin dirçəlməsində onların böyük rolu olub. 1970-ci illərdə ABŞ ilə Çin arasında görüşlər və danışıqlar aparılıb və həmin dövrdə ABŞ-nin texniki imkanları və maliyyə resursları Çinə yönləndirilib. Məqsəd isə Çinin Sovet İttifaqına qarşı güc mərkəzinə çevrilməsi olub. Hətta bəzi baxışlara görə, ABŞ bu iki gücün bir-biri ilə qarşıdurmasına şərait yaratmağa çalışıb. Hazırda Çin Kommunist Partiyasının rəhbərliyi fonunda ABŞ üçün daha böyük təhlükə kimi qiymətləndirilir. ABŞ isə Çinin Tayvanla birləşməsini istəmir, halbuki bu iki tərəf eyni millət kimi dəyərləndirilir. Çinin Tayvan üzərində nəzarəti ilə bağlı müxtəlif fikirlər mövcuddur. Tayvanda ABŞ üçün vacib olan elektronika və texnologiya məhsulları istehsal olunur. Bu da regionun strateji əhəmiyyətini artırır. Bütün bu proseslər fonunda qlobal rəqabət daha da güclənir. Lakin mövcud danışıqlar və vasitəçilik təşəbbüsləri ciddi nəticə vermir. ABŞ və İsrail tərəfinin mövqeləri, eləcə də regiondakı gərginlik bu prosesləri daha da çətinləşdirir. Eyni zamanda, İranla bağlı vəziyyət də mürəkkəb olaraq qalır və tərəflər arasında mövqelərin uzlaşması çətin görünür. Bu səbəbdən prosesin yaxın zamanda həll olunacağı gözlənilmir".


Səmayə Səftərova

#xəbər #edilməsində #rol #baki #oynadığını
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər