00:00:00
Yazar
Səadət Əlizadə
18.09.2026 21:20 51 2 dəq oxuma
Siyasət

Tramp İranla bağlı mühüm qərarın anonsunu verib

Tramp İranla bağlı mühüm qərarın anonsunu verib

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş mərhələsinə yaxınlaşdığını və yaxın vaxtlarda bu barədə mühüm qərar elan etmək niyyətində olduğunu bildirib.


 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsinə yaxınlaşdıqlarını və İrana qarşı kütləvi hücumların bərpa olunub-olunmayacağı ilə bağlı yaxın vaxtlarda mühüm qərar verəcəyini açıqlayıb:

 

"Bu artıq münaqişənin genişlənməsi risklərindən xəbər verir. Genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması bütün Yaxın Şərqdə təhlükəsizlik və iqtisadi sabitliyi təhdid edə bilər. Enerji təchizatında ciddi təhlükə meydana çıxa bilər. Fars körfəzi ölkələrinin neft və qaz infrastrukturu, həmçinin regional nəqliyyat yolları zərbə altında qala bilər. Trampın kütləvi hücumları davam etdirmək üçün regional müttəfiqlərin, Səudiyyə Ərəbistanı, BƏƏ və digər Fars körfəzi ölkələrinin dəstəyinə ehtiyacı var, lakin onların bir çoxu obyektlərinin cavab zərbələrinə məruz qalmasından ehtiyat edir. Məhdud diplomatik cəhdlər isə demək olar ki, fayda vermir. Vaşinqton Oman vasitəsilə bəzi təmaslar və intensiv müzakirələr aparsa da, rəsmi səviyyədə dialoqun hələ də tam dayandırıldığı və ya sərt şərtlərə bağlandığı bildirilir. Trampın açıqlamaları həm də İrana qarşı maksimum iqtisadi və psixoloji təzyiqi saxlamaq məqsədi daşıyan taktiki xarakter güdür. Rejimin daxili böhranı və liderlik qeyri-müəyyənliyi fonunda tərəflər hərbi və siyasi təzyiqi rıçaq kimi istifadə edirlər. Ümumiyyətlə son proseslər Yaxın Şərqdə münaqişənin daha da geniş əhatədə artacağından xəbər verir".

 

 

Səadət Əlizadə

#verib #tramp #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər