00:00:00
Yazar
Zəhra Həsənova
03.11.2026 23:01 30 1 dəq oxuma
Siyasət

Tramp: İranla danışıqlar aparırıq, lakin Tehran prosesi uzatmağa çalışır

Tramp: İranla danışıqlar aparırıq, lakin Tehran prosesi uzatmağa çalışır

“İranla danışırıq və işlər yaxşı gedir. Lakin problem ondadır ki, onlar prosesi uzatmağa çalışırlar”.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Trampın bu açıqlaması diplomatik təzyiqi artırmaq məqsədi daşımır:

 

“Problem ABŞ-də deyil, İranın özündədir. Donald Tramp, əslində, gerçəkliyi dilə gətirib. Məsələ ondadır ki, İran tərəfi ABŞ ilə şərtlər irəli sürərək danışır. Tramp isə onlara başa salmağa çalışır ki, sizin şərt irəli sürəcək vəziyyətiniz yoxdur. Ona görə də gəlin, ortaya qoyduğumuz təklifləri müzakirə edək. İran tərəfi isə təkid edir ki, bizim ön şərtlərimiz var, Amerika onları qəbul etməlidir və bundan sonra danışıqlar aparılmalıdır. Bu baxımdan, Tramp onlara nəzakətli şəkildə başa salmağa çalışır ki, belə davam edəcəyi təqdirdə, sizi başa salmaq üçün başqa üsullarımız da var”.

 

Siyasi şərhçinin sözlərinə görə, İran bir növ özünü göstərməyə çalışır ki, baxın, biz əlimizdən gələni edirik, Amerikadan güzəştlər qoparmağa çalışırıq:

 

“ABŞ-dən güzəşt qoparmaq, xüsusilə də İran kimi hazırda vəziyyəti olduqca ağır olan bir dövlət üçün mümkün görünmür. Bununla belə, daxili auditoriya ilə işləmək, insanlara vəziyyəti izah etmək və onları müəyyən qədər ümidləndirmək lazımdır. İran da məhz bunu etməyə çalışır. İranın vaxt qazanması isə onsuz da heç nəyi dəyişməyəcək. Amerika Birləşmiş Ştatları qərarlıdır”.

 

Selcan Xudiyeva

#baki #tehran #azərbaycan #i̇ranla
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər