Tramp:"İsrail-Livan atəşkəsi 3 həftə uzadılıb"
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında əldə olunmuş atəşkəsin üç həftə müddətinə uzadıldığını açıqlayıb. Atəşkəsin müddəti 26 apreldə başa çatmalı idi.
Donald Tramp özünün “Truth Social” platformasında paylaşdığı məlumatda bildirib ki, iki ölkənin nümayəndələri ilə Ağ Evdə, Oval Ofisdə keçirilən görüşdən sonra atəşkəsin uzadılması barədə qərar qəbul olunub. O qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubionun da iştirak etdiyi görüş çox uğurlu keçib.
Tramp əlavə edib:
“ABŞ Livanı Hizbullahdan qorumaq üçün bu ölkə ilə əməkdaşlıq edəcək”.
Bununla belə, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.
Oval Ofisdə keçirilən görüşü “tarixi” adlandıran Tramp bildirib ki, bu prosesin bir hissəsi olmaq onun üçün böyük şərəfdir. O, yaxın həftələrdə İsrailin baş naziri Benjamin Netanyahu və Livanın Prezidenti Cozef Aunu Ağ Evdə qəbul etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
BBC News
Nuray Əliyeva