00:00:00
Yazar
Zəhra Həsənova
07.08.2026 23:14 89 2 dəq oxuma
Siyasət

Tramp münaqişənin həllində irəliləyiş olduğunu açıqlayıb - ŞƏRH

Tramp münaqişənin həllində irəliləyiş olduğunu açıqlayıb - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə edildiyini açıqlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Rusiya-Ukrayna müharibəsində irəliləyişin əldə olunması ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidentinin verdiyi açıqlama şərti xarakter daşıyır:

 

“Burada əsas hərbi-strateji fəlsəfəsi ondan ibarətdir ki, sülhə nail olmaq üçün tərəflər daha şiddətli müharibə mərhələsindən keçməlidirlər. Hazırda da biz bunun şahidi oluruq. Çünki hər iki tərəf bu şiddətli mərhələdən sonra nəyə qadir olub-olmadığını özü üçün müəyyənləşdirəcək və bu da onların danışıqlar masasına hansı şərtlərlə gələcəyinə təsir edəcək. Görünür, Tramp bunu məhz bu mənada, yəni abstrakt anlamda deyir. Birbaşa mənada isə, əlbəttə ki, irəliləyişin olduğunu söyləmək bir qədər çətindir”.

 

Deputatın sözlərinə görə, belə meyillərin olduğu müşahidə edilir:

 

“Rusiya ilə Ukrayna arasında fikir ayrılığı məsələsinə gəldikdə isə, söhbət təkcə fikir ayrılığından getmir. Bu, birbaşa işğaldır. Rusiya Ukrayna torpaqlarını işğal edib. İşğalın bəhanəsinə gəldikdə isə, bunu artıq fikir ayrılığı adlandırmaq olar. Rusiyanın bəhanəsi ondan ibarət idi ki, guya Ukraynada rusdilli əhalinin hüquqları tapdalanır. Halbuki bu, ictimai platformada, ictimai və ya rəsmi diplomatiya vasitəsilə həll olunmalı hüquqi məsələ idi. Təəssüf ki, bu məsələ müharibəyə çevrildi və burada da Rusiyanın daha uzaqgörən imperialist maraqları əsas rol oynayıb. Trampın açıqlaması hazırkı mərhələdə atəşkəslə bağlı müəyyən ehtiyatlı ümidlər yarada bilər. Ancaq sülh üçün bunu söyləmək hələ mümkün deyil. Rusiya da məhz buna görə israrla məsələni birdəfəlik həll etməyə çalışır ki, davamlı sülh əldə olunsun. Amma bu, əbəs gözləntidir. Ukrayna xalqı indiki şərtlər daxilində heç vaxt belə bir sülhə razı olmayacaq. O başqa məsələdir ki, hazırkı vəziyyətdə Ukrayna atəşkəsə razıdır. Ona görə də, düşünürəm ki, biz hələ sülhdən çox uzağıq”.

 

Selcan Xudiyeva

#olduğunu #münaqişənin #şərh #açıqlayıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər