Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə mümkün razılaşma üçün irəli sürdüyü şərtlər Ukraynanın ərazi bütövlüyünün pozulması deməkdir. ABŞ Prezidenti Donald Tramp bunu bəyan edib.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın Putinin Ukraynada razılaşma əldə etmək istəməsi ilə bağlı fikri yeni deyil:
“Biz son bir il yarımda Tramp tərəfindən belə açıqlamaların dəfələrlə səsləndirildiyini görmüşük və bunun həqiqətən nə dərəcədə uyğun olub-olmadığı da zamanla aydınlaşıb.
Məlum oldu ki, Rusiya razılaşma əldə etmək istəyir. Yəni, Ukraynanın onun tələbləri əsasında razılaşmaya getməsini istəyir”.
Politoloq qeyd edib ki,Yəni Donbasın tamamının Rusiyaya verilməsi və onun şərtlərinin qəbul edilməsi nəticəsində bir razılaşma əldə etmək istəyir ki, bu da Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir:
"Bu, Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən legitimləşdirilməsi deməkdir.
Trampın bu açıqlaması sadəcə olaraq ritorika kimi dəyərləndirilməlidir. Putin Ukraynada fundamental şəkildə sülh istəmir, atəşkəs istəmir. Putinin planı bəllidir və o, bunu dəfələrlə açıqlayıb.Trampın bu cür açıqlamalarının siyasi təbliğat, rəy yaratma və Ukraynaya həm də müəyyən qədər təzyiq məqsədi daşıdığını söyləmək olar".
Nurgün Qənizadə