00:00:00
Yazar
Səadət Əlizadə
16.04.2026 19:38 22 1 dəq oxuma
Siyasət

Tramp və Aun Livan və İsrail arasında atəşin tezliklə dayandırılmasını müzakirə ediblər

Tramp və Aun Livan və İsrail arasında atəşin tezliklə dayandırılmasını müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp livanlı həmkarı Jozef Aunla telefon danışığı aparıb.

 

"İnformator.az" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Aun sosial şəbəkələrdə bildirib.

 

Qeyd olunur ki, danışıq zamanı Livan prezidenti atəşkəsə nail olmaq, davamlı sülh və sabitliyi təmin etmək üçün Trampın göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Aun həmçinin Livanda İsrail və "Hizbullah" arasında döyüş əməliyyatlarını ən qısa zamanda dayandırmağa çağırıb.


Bəyanatda bildirilib ki, Tramp cavab olaraq Livana dəstəyini və onun atəşkəslə bağlı xahişinin yerinə yetirilməsinə sadiqliyini ifadə edib.

#ediblər #tramp #livan #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər