00:00:00
Yazar
Zəhra Həsənova
21.10.2026 21:34 23 1 dəq oxuma
Siyasət

Trampdan Zelenskiyə xəbərdarlıq: Razılaşma əldə olunmasa, nəticələr ağır olacaq

Trampdan Zelenskiyə xəbərdarlıq: Razılaşma əldə olunmasa, nəticələr ağır olacaq

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Ukrayna lideri Volodimir Zelenskiyə xəbərdarlıq edib. O bildirib ki, Ukrayna və Zelenski müharibəni dayandırmaq üçün razılaşma əldə etməlidirlər, əks halda vəziyyət onlar üçün çox pis nəticələnəcək.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenski hazırda çətin seçim qarşısındadır. Onun sözlərinə görə, Ukrayna tərəfi razılaşmanı qəbul etməklə müharibənin dayandırılması imkanını əldə edə bilər. Lakin şərtlər ölkənin ərazi bütövlüyünə və təhlükəsizlik maraqlarına zidd olarsa, bu, Ukrayna daxilində ciddi narazılığa səbəb ola bilər.

 

Politoloq qeyd edib ki, razılaşmadan imtina ABŞ ilə münasibətlərin gərginləşməsinə və Kiyevin diplomatik imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Ukraynanın ABŞ-nin hərbi yardımı və kəşfiyyat imkanlarından asılı olduğunu vurğulayan politoloq bildirib ki, yardımın azaldılması cəbhədə vəziyyəti daha da çətinləşdirə və Rusiyanın hərbi təzyiqini artıra bilər.

 

Politoloqun fikrincə, Avropa ölkələrinin dəstəyi ABŞ-nin yardımındakı boşluğu müəyyən qədər doldura bilsə də, Vaşinqtonun imkanlarını tam əvəz etmək çətindir.

 

Politoloq hesab edir ki, əsas məsələ yalnız müharibəni dayandırmaq deyil, həm də Ukraynanın gələcək təhlükəsizliyini təmin etməkdir. Onun sözlərinə görə, sülh razılaşmasının uzunmüddətli və dayanıqlı olması Rusiyanın üzərinə götürəcəyi öhdəliklərdən və Ukraynaya veriləcək təhlükəsizlik təminatlarından asılı olacaq.

 

Ada Hacızadə

#olunmasa # #əldə #ağır #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər