Trampın açıqlaması bazarlara necə təsir edib?
“Hörmüz boğazı dərhal açılmalıdır”-
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Qeyd edib ki, İran və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı qərarlar qəbul etməyə tələsmir və Tehranla razılığa gəlmək üçün yenidən cəhd etməyə hazırdır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazında yaranan gərginlik dünya bazarında enerji qiymətlərinə təsir göstərir:
“Qiymətlər iki dəfəyə qədər artıb. Açılacağına dair ümid yarananda qiymətlər bir qədər düşür. Açılmayacağına, daha uzun müddətli bağlı qalacağına dair gözlənti formalaşanda qiymətlər qalxır. Bu dəqiqə məhz elə ona görə neft qiymətləri hər gün bir qədər artır, bir qədər azalır. Donald Trampın açıqlaması mövcud vəziyyətin investorların qiymətləndirilməsi bazara bu dəqiqə daha çox təsir göstərir”.
Nuray Əliyeva