Trampın Çin səfərində hansı mövzular gündəmdədir?
Donald Trampın Çinə səfəri iki ölkə arasında ticarət münasibətləri, gömrük rüsumları və iqtisadi əməkdaşlıq məsələləri fonunda baş tutur.
Görüşlərdə ABŞ-Çin ticarət gərginliyinin azaldılması, Çinin ABŞ-dan daha çox kənd təsərrüfatı və sənaye məhsulları alması, həmçinin texnologiya və enerji sahəsində rəqabət əsas müzakirə mövzularındandır.
Səfərin gündəmində ticarətlə yanaşı, İran müharibəsi və Tayvan məsələsi də yer alır. Hər iki tərəf regional və qlobal təhlükəsizlik risklərini, enerji təhlükəsizliyini və beynəlxalq sabitliyə təsir edən böhranların mümkün həll yollarını müzakirə edir.
BBC News
Mələk Hüseynova