00:00:00
Yazar
Nərmin Həşimova
15.07.2026 19:39 26 2 dəq oxuma
Siyasət

Trampın Hörmüz planı niyə baş tutmadı?- AÇIQLAMA

Trampın Hörmüz planı niyə baş tutmadı?- AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilər üçün nəzərdə tutulan 20 faizlik təhlükəsizlik ödənişi ideyasından imtina edib. Ağ Evin bu qərarı Yaxın Şərq ölkələri ilə aparılan danışıqlardan sonra qəbul olunub və ödəniş mexanizminin əvəzində ABŞ ilə Fars körfəzi dövlətləri arasında yeni ticarət və investisiya sazişlərinin bağlanması planlaşdırılır. Tramp bu addımın ABŞ iqtisadiyyatına rekord həcmdə yeni sərmayələrin cəlb olunmasına imkan yaradacağını bildirib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin bu qərarı Vaşinqtonun Hörmüz ətrafında koalisiya yarada bilməməsi ilə bağlıdır: 


"ABŞ çalışırdı ki, körfəz ölkələrini, eləcə də dünyanın əksər ölkələrini İrana qarşı birləşdirsin və Hörmüz ətrafında bir koalisiya yaratsın. Bu, əslində, ABŞ-nin hələ ki, Hörmüz ətrafına çox da təsir edə bilmədiyini göstərir. Uzun müddətdir davam edən bu proses İranın Hörmüzə tam ağalıq etməsinə imkan verir. ABŞ İranın dəniz qüvvələrini sıradan çıxarmaq istiqamətində addımlar atmaq niyyətindədir. İran istər dəniz donanmasını kifayət qədər gücləndirib, eyni zamanda SEPAH-ın da özünün xüsusi dəniz qüvvələri var və onların vasitəsilə Hörmüz ətrafında, Hörmüz sahillərində hegemonluq edir. Bunu sıradan çıxarmaq və vəziyyəti yoluna qoymaq üçün ABŞ körfəz ətrafı ölkələri, eləcə də körfəzdən gəmiləri keçən dünyanın əksər ölkələrini müxtəlif şirnikləndirici vədlərlə koalisiyaya cəlb etməyə çalışır. 20 faiz həcmində verginin ləğv edilməsinin əsas səbəbi də məhz budur. Bu, Trampın bir növ soyğunçuluq siyasəti kimi xarakterizə edilirdi. İkinci növbədə isə bu, başlanğıcdan etibarən utopiya idi. ABŞ o şəkildə körfəzə ağalıq edə bilməzdi ki, oradan hansısa bir haqq alsın. Bu, sadəcə olaraq Donald Trampın utopiyalarından biridir. Düşünürəm ki, növbəti müharibə əsasən körfəz ətrafında olacaq və ABŞ çalışacaq ki, dənizlərdə İranın hegemonluğuna son qoysun. Yəni, İranın dəniz donanması ABŞ-nin əsas hədəfində olacaq".


Mehriban Yariyeva

#yeni #niyə #açiqlama #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər