Trampın İrana verdiyi vaxt bitir - Harel
“Körfəz bölgəsində hərbi böhranın yaranması qaçılmazdır, amma toqquşmalar dərhal başlamaya bilər”, - ekspert bildirib.
"İnformator.az" xəbər verir ki, bunu israilli hərbi ekspert Amos Harel ölkə meiasına açıqlamasında deyib.
Harel xatırladıb ki, Tramp Cenevrədə İranla danışıqların ikinci mərhələsindən (danışıqlar 17 fevralda baş tutub - red.) sonra Tehrana 2 həftəlik müddət verib və bu müddət yaxın günlərdə başa çatacaq.
Onun sözlərinə görə, “USS Gerald R. Ford” aviadaşıyıcısının bölgədə mövcudluğunun əsas məqsədi danışıqlar prosesini uzatmaqla İranın vaxt qazanmasının qarşısını almaqdır.
