00:00:00
Yazar
Zəhra Həsənova
20.11.2026 21:38 35 2 dəq oxuma
Siyasət

“Trampın İranla bağlı aydın taktikası və strategiyası yoxdur”- ŞƏRH

“Trampın İranla bağlı aydın taktikası və strategiyası yoxdur”- ŞƏRH

ABŞ Prezidenti Donald Trampın İranla bağlı qərar verməyə tələsməməsi Vaşinqtonun növbəti addımları ətrafında qeyri-müəyyənliyi artırır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın İran siyasətində gözlənilməz və bir-birinə zidd qərarlar verməsi onun növbəti addımlarını proqnozlaşdırmağı çətinləşdirir.

 

Onun sözlərinə görə, Tramp dəfələrlə İranla bağlı mövqeyini dəyişərək həm beynəlxalq ictimaiyyəti, həm də regiondakı siyasi vəziyyəti qeyri-müəyyənliklə üz-üzə qoyub.

 

Aydın Quliyev qeyd edib ki, 2025-ci ilin iyununda danışıqların razılaşmaya yaxınlaşdığı bir vaxtda ABŞ İsraillə birlikdə İrana zərbələr endirmək qərarı verib. Onun fikrincə, sonrakı proseslərdə də Trampın qərarları gözlənilməz xarakter daşıyıb və atəşkəs, hərbi əməliyyatlar, eləcə də sülh danışıqları ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirilib.

 

Siyasi şərhçi vurğulayıb ki, Trampın İranın hərbi potensialının məhv edilməsi və Hörmüz boğazına nəzarət barədə açıqlamaları da səsləndirilən iddiaların real vəziyyətlə nə dərəcədə uyğunlaşdığına dair suallar doğurur.

 

Onun sözlərinə görə, Trampın qarşıdakı 40 gün ərzində İranla müharibəni bərpa etmək niyyətində olmadığı barədə son bəyanatı da vəziyyətin dəyişməz qalacağına zəmanət vermir:

 

“Trampın İranla bağlı nə edəcəyini heç kim bilmir. O, atəşkəsi də hər dəqiqə poza bilər, müharibənin bitdiyini də elan edə bilər, hərbi əməliyyatlarda uzunmüddətli fasilə də yarada bilər. Bilinən və qəti aydın olan budur ki, Trampın İran müharibəsi ilə bağlı aydın taktikası və strategiyası yoxdur”.

 

Aydın Quliyev hesab edir ki, ABŞ prezidentinin dəyişkən mövqeyi İran ətrafında vəziyyətin gələcək inkişafını proqnozlaşdırmağı çətinləşdirir.

 

Ada Hacızadə

#xəbər #i̇ranla #şərh #strategiyası #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər