00:00:00
Yazar
Zəhra Həsənova
23.10.2026 23:13 37 2 dəq oxuma
Siyasət

Trampın İranla danışıqlar açıqlaması: Tərəflərin mövqeləri uzlaşmır

Trampın İranla danışıqlar açıqlaması: Tərəflərin mövqeləri uzlaşmır

ABŞ Prezidenti Donald Tramp İranda danışıqlar aparacaq heç kimin qalmadığını bildirib.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İranın münaqişənin başa çatması ilə bağlı şərtləri bir-birindən ciddi şəkildə fərqlənir. Bu səbəbdən tərəflərin ortaq məxrəcə gəlməsi hazırkı şəraitdə çətin görünür.

 

O bildirib ki, Trampın açıqlaması İranda danışıqlar aparacaq rəsmi şəxslərin olmamasından daha çox, ABŞ-nin şərtlərini qəbul edəcək siyasi və diplomatik tərəfin qalmamasına işarə edə bilər. Politoloqun fikrincə, əks halda İranda prezident, xarici işlər naziri və danışıqlarda iştirak edə biləcək digər rəsmi şəxslər mövcuddur.

 

Politoloq qeyd edib ki, tərəflər arasında diplomatik kanalların fəaliyyət göstərməsi ehtimalı qalır. Lakin əsas problem bu kanalların mövcudluğundan daha çox, qarşılıqlı şərtlərin uzlaşdırılmasıdır. Onun sözlərinə görə, ABŞ münaqişənin özünün irəli sürdüyü şərtlər çərçivəsində başa çatmasını istəyir, İranın isə fərqli tələbləri var.

 

Politoloqun sözlərinə görə, İranın əsas tələbləri sırasında Hörmüz boğazı üzərində nəzarət imkanlarının tanınması, nüvə proqramının dinc məqsədlərlə və beynəlxalq nəzarət altında davam etdirilməsi, həmçinin sanksiyaların aradan qaldırılması və təhlükəsizlik təminatlarının verilməsi yer alır.


O vurğulayıb ki, Hörmüz boğazı dünya üçün strateji əhəmiyyət daşıyır. Bu marşrut üzərində nəzarət imkanları həm geosiyasi, həm də geoiqtisadi təsir rıçaqları yaradır. Məhz bu amil də ABŞ və İran arasında razılığa gəlməyi çətinləşdirən məsələlərdən biridir.

 

Politoloq hesab edir ki, tərəflərin mövqeləri arasındakı ciddi fərqlər yaxınlaşma imkanlarını məhdudlaşdırır. Onun qənaətinə görə, Trampın açıqlaması İranın danışıqlar aparacaq rəsmi şəxslərinin olmamasından çox, ABŞ-nin şərtlərini qəbul etməyə hazır olan siyasi tərəfin qalmadığına dair mesaj kimi qiymətləndirilə bilər.

 

Ada Hacızadə

#baki #trampın #xəbər #azərbaycan #uzlaşmır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər