00:00:00
Yazar
Nərmin Həşimova
12.05.2026 19:34 23 2 dəq oxuma
Siyasət

Trampın nüvə ritorikası: ABŞ-İran münasibətlərində yeni gərginlik- ŞƏRH

Trampın nüvə ritorikası: ABŞ-İran münasibətlərində yeni gərginlik- ŞƏRH

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp hesab edir ki, materiallar çox dərinlikdə yerləşdiyi üçün Vaşinqton İranın nüvə obyektlərindəki nüvə tozunu qazıb çıxarmaq məcburiyyətində qala bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,Trampın İranın nüvə obyektləri ilə bağlı “ABŞ nüvə tozunu qazıb çıxarmalı olacaq” fikri Vaşinqtonun Tehran qarşısında maksimal təzyiq xəttini davam etdirdiyini göstərir:


“Bu açıqlama sadəcə texniki nüvə təhlükəsizliyi məsələsi deyil, həm də siyasi mesajdır. ABŞ bununla İranın nüvə proqramının yalnız dayandırılmasını deyil, onun qalıqlarına qədər nəzarət altına alınmasını istəyir. Tehran isə bunu öz suverenliyinə və təhlükəsizlik maraqlarına birbaşa müdaxilə kimi qiymətləndirə bilər. Ona görə bu cür bəyanatlar ABŞ-İran münasibətlərində etimadı artırmaqdan daha çox qarşılıqlı inamsızlığı dərinləşdirir və danışıqlar üçün siyasi mühiti daha da ağırlaşdırır. Bu tip sərt açıqlamalar yeni gərginlik riskini artırır, çünki İran tərəfi bunu diplomatik çağırış kimi yox, hərbi təzyiqin davamı kimi qəbul edə bilər. Xüsusilə nüvə obyektləri, zənginləşdirilən materiallar və xarici nəzarət məsələləri Tehran üçün ən həssas mövzulardandır. Trampın ritorikası İranı güzəştə məcbur etmək üçün psixoloji təzyiq vasitəsi ola bilər, amma belə ifadələr bəzən əks nəticə də doğurur. İran cavab olaraq daha sərt mövqe tuta, regional kartlardan və Hörmüz boğazı kimi strateji rıçaqlardan istifadə edə bilər. Əgər bu ritorika real hərbi addımlarla müşayiət olunarsa, bölgədə yeni toqquşma ehtimalı yüksələr. Buna görə indiki mərhələdə əsas məsələ tərəflərin sərt bəyanatları diplomatik manevr kimi saxlaması, onu birbaşa hərbi eskalasiyaya çevirməməsidir”.


Nurgün Qənizadə

#İran #ABŞ #nüvə #mesaj
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər