00:00:00
Yazar
Zəhra Həsənova
11.08.2026 22:38 18 1 dəq oxuma
Siyasət

Trampın qorunma mexanizmi - Yaxın Şərqin təsiri

Trampın qorunma mexanizmi - Yaxın Şərqin təsiri

Bir prezidentin səfər etdiyi təyyarənin dəyişdirilməsi ilk baxışdan təhlükəsizlik protokolu kimi görünə bilər. Lakin söhbət ABŞ prezidentindən, NATO sammitindən və İranla hərbi qarşıdurmanın ən gərgin mərhələlərindən birindən gedirsə, hadisənin mahiyyəti tamamilə dəyişir. Donald Trampın Türkiyədən çıxışı zamanı baş verənlər göstərir ki, Vaşinqton İranın mümkün əməliyyat imkanlarını sadəcə siyasi bəyanat kimi qiymətləndirmir. ABŞ hökumətində İranın Tramp da daxil olmaqla, amerikalı siyasətçilərə qarşı terror planları hazırlaya biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

 

Mövzu ilə bağlı "İnformator.az" ARB24-ə istinadən bildirir ki, xarici analitik Dan Lamote açıqlamasında qeyd edib ki, bunun nə dərəcədə qeyri-adi bir hal olması əsas suallar arasındadır:

 

"Prezidenti təkcə alternativ təyyarəyə mindirmək deyil, həm də bunu etmək üçün hava limanında yük maşınından istifadə etmək ideyası... Ağ Ev əməkdaşlarının bundan xəbəri yox idi, məsələ yalnız kiçik bir qrup arasında gizli saxlanılıb. Onların bunu necə bacardıqlarında müəyyən yaradıcılıq görmək olar. İran ABŞ üçün ciddi təhlükədir. Narahatlıq üçün əsas var".

 

 

#trampın #mexanizmi #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər