00:00:00
Yazar
Zəhra Həsənova
25.02.2026 20:43 18 2 dəq oxuma
Siyasət Özəl

“Trampın sərt bəyanatı yeni mərhələyə keçid deyil, hibrid müharibənin elementidir” - Politoloq

“Trampın sərt bəyanatı yeni mərhələyə keçid deyil, hibrid müharibənin elementidir” - Politoloq

Donald Tramp İranla bağlı diplomatik həllə üstünlük verir, lakin zərurət yaranacağı təqdirdə “ölümcül güc” tətbiq etməyə hazırdır. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlərə açıqlamasında bildirib. 
 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli bildirib ki, Cenevrə danışıqlarından sonra verilən açıqlamalar sülh üçün müəyyən ümidlər yaratsa da, qarşılıqlı sərt bəyanatlar vəziyyətin mürəkkəb olaraq qaldığını göstərir: 

 

“ABŞ və İranın qarşılıqlı hədələyici açıqlamaları müharibə təhlükəsinin hələ də gündəmdə olduğunu göstərir. Hərbi ekspertlərin fikrincə, mümkün ABŞ-İran qarşıdurması daha dağıdıcı ola bilər. Vaşinqton beynəlxalq siyasətdə çəkindirici güc taktikasından istifadə edir. Hazırda İran ətrafına hərbi qüvvələrin cəmlənməsi və Trampın sərt ritorikası bu strategiyanın tərkib hissəsidir. ABŞ həm İrana, həm də onun müttəfiqlərinə mesaj verir ki, müharibə başlasa nəticələri ağır olacaq. Eyni zamanda bu, danışıqlar masasında qarşı tərəfi güzəştə sövq etmək məqsədi daşıyır. Vaşinqton İranın nüvə silahı əldə etməməsini, uzaqmənzilli raket proqramını dayandırmasını və bəzi xarici əlaqələrinə yenidən baxmasını istəyir. Lakin Tehranın bu şərtləri qəbul edəcəyi az inandırıcıdır. Buna görə tərəflər alternativ kompromis variantı üzərində razılığa gələ bilsələr, gərginlik azala bilər”.

 

Mütəllim Rəhimlinin fikrincə, Trampın sərt bəyanatı birbaşa hərbi əməliyyatın başlanacağı anlamına gəlmir: 

 

“Bu, daha çox ABŞ-nin hərbi gücünün siyasi dillə ifadəsidir. Son günlər hər iki tərəf oxşar mesajlar verir. Bu bəyanatlar həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlib və psixoloji təsir məqsədi daşıyır. Ona görə də, bunu yeni mərhələyə keçid kimi qiymətləndirmək düzgün deyil. Bu, daha çox hibrid müharibə elementidir”.

 

Fatimə Hüseynli

#baki #müharibənin #bəyanatı #deyil #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər