00:00:00
Yazar
Elmira Ağayeva
12.05.2026 21:06 20 2 dəq oxuma
Siyasət

Trampın tarixi Çin səfərində hansı məsələlər müzakirə olunacaq?

Trampın tarixi Çin səfərində hansı məsələlər müzakirə olunacaq?

ABŞ Prezidenti Donald Trumpın 13–15 may tarixlərində Çinə planlaşdırılan səfərində əsas diqqət Vaşinqton və Pekin arasındakı iqtisadi və siyasi münasibətlərə yönələcək. Bu səfər təxminən on ildən sonra ABŞ prezidentinin Çinə ilk rəsmi səfəri olacaq və dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

Səfər çərçivəsində ticarət müharibəsi, gömrük rüsumları, texnologiya sahəsində rəqabət və investisiya əməkdaşlığı əsas müzakirə mövzuları olacaq. ABŞ-nin iri şirkətlərinin rəhbərlərinin də Trampa qoşulacağı gözlənilir. Onların arasında Tim Cook, Elon Musk və Larry Fink kimi tanınmış iş adamları yer alır.

 

 

Səfər həm də Vaşinqton və Pekin arasında davam edən kövrək ticarət atəşkəsi üçün ciddi sınaq hesab olunur. Tramp administrasiyası 2025-ci ilin aprelində bir sıra ölkələrə genişmiqyaslı gömrük rüsumları tətbiq edib. Bunun nəticəsində ABŞ və Çin arasında qarşılıqlı tariflər 100 faizi aşan ticarət müharibəsinə çevrilib.

 

 

Gömrük rüsumlarının tətbiqi Donald Trump ilə Çin Prezidenti Xi Jinping arasında ötən ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdən sonra müvəqqəti dayandırılıb. Buna baxmayaraq, tərəflər arasında qarşılıqlı təhdidlər və iqtisadi təzyiqlər davam edir.

 

 

Tramp ilk prezidentlik dövründə ABŞ-də istehsalı və məşğulluğu artırmaq, həmçinin ölkə üçün daha “ədalətli ticarət sistemi” qurmaq vədi ilə çıxış edib. Onun 2018-ci ildə Çin məhsullarına tətbiq etdiyi 250 milyard dollarlıq gömrük rüsumları bir çox ekspert tərəfindən ABŞ–Çin ticarət müharibəsinin başlanğıcı kimi qiymətləndirilir.

 

 

Daha sonra ABŞ Prezidenti Joe Biden də Çin üzərində iqtisadi təzyiq siyasətini davam etdirib. Bayden administrasiyası Huawei şirkətinə məhdudiyyətlər tətbiq edib, həmçinin TikTokın ABŞ-dəki fəaliyyətini ciddi nəzarət altına alıb.

 

 

Çin istehsalı olan elektrik avtomobillərinə yüksək gömrük rüsumlarının tətbiq edilməsi isə bu məhsulların ABŞ bazarına çıxışını demək olar ki, mümkünsüz edib.

 

 

Ekspertlərin fikrincə, qarşıdakı səfər ABŞ və Çin arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə biləcək ən mühüm diplomatik görüşlərdən biri hesab olunur.

 

 

BBC News

Nuray Əliyeva

 

 

#ABŞ #Çin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər