00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
07.08.2026 22:20 23 1 dəq oxuma
Siyasət

Trampın Ukrayna siyasəti: Vaşinqton niyə Kiyevə hərbi dəstəyi məhdudlaşdırır?-AÇIQLAMA

Trampın Ukrayna siyasəti: Vaşinqton niyə Kiyevə hərbi dəstəyi məhdudlaşdırır?-AÇIQLAMA

 


ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardım məsələsi ilə bağlı yeni açıqlama verib. Tramp xüsusilə uzaqmənzilli raketlər və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların tədarükü məsələsində ABŞ-nin öz ehtiyaclarını da nəzərə almalı olduğunu vurğulayıb. O, eyni zamanda, keçmiş prezident Co Baydenin Ukraynaya böyük həcmdə silah yardımı göstərməsini tənqid edib. Trampın açıqlamaları Vaşinqtonun Ukraynaya hərbi dəstəyinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.Mövzu ilə bağlı siyasi şəhrçi Əli Zülfüqaroğlu bildirib ki, Tramp indiyə qədər müxtəlif bəhanələrlə Ukraynaya ciddi və həlledici səviyyədə dəstək verməyib,bunun bir sıra səbəbləri var:"İlk növbədə, Birləşmiş Ştatlar Rusiyaya diplomatik kanalları açıq tutmaqda və dialoqu davam etdirməkdə maraqlıdır.
Digər tərəfdən, Ukrayna savaşının əsas tərəflərindən biri Avropa İttifaqı və Britaniyadır və hazırda Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında çox ciddi ziddiyyətli məqamlar var. Ona görə də Avropa İttifaqının təzyiq altında olması hazırda Birləşmiş Ştatların maraqlarına tamamilə uyğundur.
Digər tərəfdən, İranla bağlı qeyri-müəyyən vəziyyət davam edir. Ona görə də Birləşmiş Ştatların Ukraynaya dəstək verməməsi təəccüblü deyil".


Mehriban Yariyeva

#vaşinqton #niyə #hərbi #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər