“Trampın Zelenski ilə bu görüşü keçirilməsi Rusiyaya da bir mesajdır”- ŞƏRH
NATO sammiti çərçivəsində Ankarada ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilir.
Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Donald Tramp və Vladimir Zelenski arasında görüşün keçirilməsi ABŞ-nin Ukraynaya dəstəyinin bir təzahürüdür:
“Yəni, son dövrlərdə ABŞ-nin başı İran məsələsinə qarışdığı üçün Ukrayna məsələsini bir qədər geridə buraxıb və hazırda Ukrayna əməliyyat sistemini intensivləşdirib, Rusiyaya qarşı ağır formada əməliyyatlar keçirib. Biz bundan sonra ABŞ-nin Ukraynaya yenidən silah ayırmasının şahidi ola bilərik. Ola bilər ki, Ukraynaya yeni ağır tonnajlı silahlar aid etsin və Ukraynaya əməliyyat planına uyğun şəkildə hücumlarını davam etdirsin. Yəni, bu, müharibənin daha da qızışdırılmasına gətirib çıxara bilər. Xüsusilə NATO-nun sammitində tərəflərin arasındakı ümumi müzakirələrin aparılması, ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Əlbəttə, Tramp bunu qarşılıqsız etmir. Ukraynada artıq bəzi bölgələrinin yenidənqurma işləri başlanır və ABŞ şirkətləri aktiv şəkildə yenidənqurma işlərində iştirak edirlər. Eyni zamanda, Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün də ABŞ ilə müqaviləsi var idi. Bu müqavilə əsasında da həmin o sərvətlərin istismar edilməsini artıq Tramp Zelenskidən tələb edə bilər. Yaxın gələcəkdə cəbhə xəttində gərginlik gözlənilir. Eyni zamanda, bu gərginlikdən sonra görüşün keçirilməsi də gözləniləndir. Çünki Tramp bəyan edib ki, Rusiya rəhbərliyi ilə görüşlər keçirəcək və ikitərəfli görüşlərin keçirilməsi Rusiya ilə son dərəcə mümkün olan bir şeydir. Ancaq ABŞ belə mütəfiq olan Avropa ölkələri ilə birlikdə Ukraynaya dəstəyini davam etdirir”.
Nurgün Qənizadə