00:00:00
Yazar
Admin User
02.02.2026 17:01 54 1 dəq oxuma
Siyasət

“Tərəflər arasında anlaşama artıq mümkündür”

“Tərəflər arasında anlaşama artıq mümkündür”

"Cümə gecəsindən bəri, demək olar ki, heç bir vilayətlərimizdə enerji obyektlərinə zərbələr endirilməyib. Yalnız Donetsk vilayəti istisnadır ki, orada qaz infrastrukturuna aviasiya bombaları ilə bir zərbə endirilib", - deyə Zelenski bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a açıqlayıb ki, 3 gün əvvəl ABŞ Prezidenti D.Trampın tərəflərə çağışlarından sonra Ukrayna və Rusiya qışın çox soyuq və şaxtalı keçməsi ilə əlaqədar enerji sektoruna qarşılıqlı zərbələrin endirilməsinə marstoruim qoyublar:

 

“Bu müharibə başlayandan üzü bəri 4 il ərzində ilk atəşkəs razılaşması idi. Bu fakt onu deməyə əsas verib ki, tərəflər arasında anlaşama artıq mümkündür və gələcək danışıqlara müsbət təsirini göstərə bilər. Lakin atəşkəsə təəssüf ki, tam nail olunmayıb. Ukrayna Rusiya ərazisindəki obyektləri Rusiya da Ukraynadakı hədəfləri vurmaqda davam edib. Müharibənin ümumi gedişində Kiyev və Ukrayna qarşılıqlı olaraq enerji və yanacaq sektorunu vurmaqla böyük miqyaslı xəsarətlər verilməsinə və iqtisadiyyatı çökdürməyə istiqamətləniblər. Bu isə öz növbəsində sosial, məişət və humanitar problemlərin daha da artmasına gətirib çıxarır. Moskva ABŞ-nin diqqətinin Qrenlandiyaya, İrana fokuslanmağından istifadə edərək mövqelərini gücləndirməyə çalışır. Bu həm də müharibədə taktiki və strateji üstünlük deməkdir. Müharibə Ukraynanın enerji təchizatında ciddi kəsintilər yaradıb. Artıq təminatda ciddi sıxıntılar var. Odur ki qış fəsli Kiyevi ağır sınaqlar qarşısında çıxılmaz vəziyyətdə qoyub”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər