00:00:00
Yazar
Zəhra Həsənova
25.09.2026 22:11 24 1 dəq oxuma
Siyasət

TRİPP layihəsi yenidən beynəlxalq gündəmdə - ŞƏRH

TRİPP layihəsi yenidən beynəlxalq gündəmdə - ŞƏRH

TRİPP layihəsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda nəqliyyat əlaqələrinin genişləndirilməsi fonunda yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, layihənin reallaşması, əlbəttə, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşməsini, əməkdaşlıq mühitinin davam etməsini şərtləndirir:

 

“Bu layihə iki ölkə arasında münasibətləri yaxşılaşdırır. Dolayısı ilə layihə hər iki ölkənin xeyrinə, iqtisadi maraqlarına, o cümlədən siyasi və sosial maraqlarına işləyir. Bu layihədən faydalanmaq ölkədə sülhü və təhlükəsizliyi vacib edir. Rusiyanın və İranın TRİPP layihəsinə münasibətinə gəldikdə, onlar hələlik açıq formada deyil, amma bir formada narazılıqlarını ifadə edirlər. Bu layihənin ABŞ-nin iştirakı ilə işləməsi onların ürəyincə deyil. Bu layihədən Rusiya birmənalı olaraq pay istəyir. İran isə bu layihənin onun təhlükəsizliyinə və liderliyinə əngəl olmamasında maraqlıdır. Amerikanın bu TRİPP dəhlizində söz sahibi olması, həm də güc sahibi olması anlamına gəlir və İranın da, Rusiyanın da, təbii ki, ürəyincə deyil. Amma hələlik onlar bu məsələdə Amerika ilə açıq savaş da istəmirlər”.

 

Politoloqun sözlərinə görə, bu layihənin işləməsi həm də dost dövlətlərin maraqlarına xidmət edir.

 

Selcan Xudiyeva

#azərbaycan #gündəm #tri̇pp #beynəlxalq #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər