00:00:00
Yazar
Admin User
08.11.2025 08:33 91 1 dəq oxuma
Sosial

Tərtərdə narkotik qəbul edib maşın sürən şəxs saxlanılıb

Tərtərdə narkotik qəbul edib maşın sürən şəxs saxlanılıb

Tərtərdə narkotik qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb.

 

Bu barədə “İnformator.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

 

Qeyd edilib ki, Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü N.Məmmədliyə “saxla” işarəsi verilib.

 

Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

 

N.Məmmədli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər