00:00:00
Yazar
Admin User
18.01.2016 13:14 362 1 dəq oxuma
Sosial

TTV milli-mənəvi dəyərlərin qorunması təşəbbüsünə qoşuldu

Tovuzda milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu mövzusunda seminar keçirilib. Layihə Gənclər Fondunun maliyyə dəstəyi və TTV-nin birgə təşəbbüsü ilə reallaşdırılıb.

\"Azərbaycanın malik olduğu milli-mənəvi dəyərlər qorunub saxlanmalı, gələcək nəsillərə ötürülməlidir. Bu işdə media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür\". Bu fikirlər Tovuzda \"Milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu\" mövzusunda təşkil edilən dəyirmi masada səsləndirilib. Həmçinin qeyd olunub ki, ölkə ərazisindəki tolerantlıq, dini dözümlülük dünyanın bir çox dövlətlərinə nümunədir. Tədbirdə muğam və digər musiqilərimizin, eləcə də milli rəqslərimizin  gələcək nəsillərə ötürülməsinin önəmi xüsusi qeyd edilib. 2016-cı ilin \"Multikulturalizm ili\" olduğu və bunun da milli dəyərlərin inkşafına müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.  Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və TTV-nin birgə təşəbbüsü ilə reallaşdırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər