"Tukidides tələsi” nə deməkdir?
Tukidides tələsi yüksələn bir dövlətin mövcud və güclü dövlətə meydan oxuduğu zaman münaqişə və ya müharibə riskinin artmasını ifadə edən anlayışdır. Bu termin e.ə V əsrdə yaşamış tarixçi Tukidides Atinanın güclənməsinin Spartada qorxu yaratması və bunun müharibəyə səbəb olması ilə izah edilib.
Bu gün anlayış daha çox Çin-ABŞ münasibətlərinə aid edilir. Çin yüksələn güc, ABŞ isə mövcud qlobal lider kimi qiymətləndirilir. Çin lideri Si Cinpin bu anlayışı Trampın səfəri zamanı gündəmə gətirərək iki ölkə arasında artan gərginlik fonunda qarşıdurma riskinə diqqət çəkib və müharibənin qaçılmaz olmadığını vurğulayıb.
BBC
Mələk Hüseynova