00:00:00
Yazar
Səadət Əlizadə
30.04.2026 18:34 33 1 dəq oxuma
Texnologiya

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir.

 

nformator.az" xəbər verir ki, təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub.

 

Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.

 

Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.

#birgə #icra #yeni #tapşırıqlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər