00:00:00
Yazar
Admin User
31.08.2023 18:35 667 1 dəq oxuma
Maraqlı

Turistlərin sevimli məkanı - ƏYRİ PİZA QÜLLƏSİ

Turistlərin sevimli məkanı - ƏYRİ PİZA QÜLLƏSİ

Piza qülləsi İtaliyanın Toskana bölgəsindəki Piza şəhərində yerləşir. 8 mərtəbəli binanın hündürlüyü 55 metr, diametri isə 16 metrdir.

 

Qüllənin tikintisi 1174-cü ildə başlamış və müharibələr səbəbindən yarımçıq qalmış və ümumilikdə 1378-ci ildə tamamlanıb. İnşa edildiyi gündən əyilməyə başlayan qüllənin tikintisindən sonra torpağın çökməsi ilə onun mailliyi artıb. Qüllənin əyriliyi 4 metr 41 sm-dir.

 

Dünyanın ən çox ziyarət edilən turistik tikililərindən biri olan Piza qülləsi dünya irsi siyahısındadır. Piza qülləsinin kilsənin zəng qülləsi kimi tikilməyə başladığına dair inanclar da var. Hər mərtəbəsi sütunlar üzərində yüksələn qüllənin birinci mərtəbəsində 15, sonrakı 6 mərtəbəsində isə 30 sütun var. 8-ci mərtəbədə 12 sütundan istifadə olunub.

 

Sözügedən qüllənin birinci mərtəbəsinin divarları 4 metr, sonrakılarının qalınlığı isə 2 metrdir. Bu divarların hamısı mərmərlə örtülüb. Qüllənin dərinliyinə baxdıqda onun cəmi 3 metr olduğu görünür. Qüllənin əyriliyinə səbəb kimi torpaq strukturunun zəifliyi göstərilir.

 

Qeyd edək ki, hər il dünyanın müxtəlif yerlərindən minlərlə insan bu əyri qülləni görmək üçün İtaliyaya gəlir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər