00:00:00
Yazar
Aysel Mirzəyeva
15.04.2026 18:30 62 1 dəq oxuma
Siyasət

"Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəli həddinə çatıb" - ŞƏRH

"Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəli həddinə çatıb" - ŞƏRH

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətləri müzakirə edilib.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri hazırda tarixin ən yüksək səviyyəsinə çatıb:

 

“İki ölkə faktiki olaraq Şuşa Bəyannaməsi ilə müttəfiq dövlətlərdir. Yəni Azərbaycanın rəsmi səviyyədə tanınan ən böyük müttəfiqi məhz Türkiyədir. İki ölkə hərbi, diplomatik, siyasi və iqtisadi sahələr başda olmaqla bütün istiqamətlərdə yüksək səviyyəli münasibətlər sisteminə malikdir. Regional və qlobal enerji siyasətində müxtəlif layihələr birlikdə icra olunur. Eyni zamanda regionda və dünyada baş verən siyasi proseslərə qarşı ortaq reaksiya verilməsi üçün koordinasiyalı siyasi xətt mövcuddur. Paralel olaraq, bu gün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan sülh prosesini də paralel şəkildə irəli aparır. Bu da Vaşinqton-Ankara əməkdaşlığının real göstəricisidir. Cevdet Yılmazın Azərbaycanın Ankara səfirliyinə səfəri də münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Diplomatik nümayəndələrin və dövlət xadimlərinin strateji ölkələrin səfirliklərinə ziyarət etməsi və görüşlər keçirməsi normal hadisə olsa da, Azərbaycan və Türkiyədən söhbət gedirsə, burada strateji əhəmiyyətli hadisələrin baş verdiyini də qeyd etmək lazımdır”.


Günel Əlili

#çatıb" #həddinə #səviyyəli #yüksək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər