Türkiyə basketbol millisi İtaliyaya məğlub olub
Türkiyə A Milli Kişi Basketbol Komandası 2027-ci il Dünya Kubokunun Avropa seçmə mərhələsinin ikinci turunda İtaliyaya 86:72 hesabı ilə məğlub olub.
FIBA 2027 Dünya Kubokunun Avropa seçmə mərhələsinin J qrupunda keçirilən üçüncü oyunda Türkiyə millisi səfərdə İtaliya ilə qarşılaşıb. Bu nəticə ilə Türkiyə seçmə mərhələdə ilk məğlubiyyətini alıb. İtaliya isə ikinci turda ilk, ümumilikdə isə altıncı qələbəsini qazanıb.
Görüşün ilk hissəsi gərgin mübarizə şəraitində keçib. İlk rübün sonlarında İtaliya 9:0 hesablı seriya ilə önə çıxaraq rübü 22:20 hesabı ilə başa vurub. İkinci rübdə Türkiyə hesabda üstünlük qazansa da, fasiləyə İtaliya 44:41 öndə yollanıb.
Üçüncü rübdə ev sahibi komanda üstün oyun nümayiş etdirərək fərqi artırıb və son rübə 63:52 hesabı ilə öndə başlayıb. Final rübündə Metecan Birsen və Furkan Korkmazın səyləri ilə Türkiyə fərqi 4 xala qədər azaldıb. Lakin İtaliya kritik məqamlarda üçxallıq atışlarla üstünlüyünü qoruyaraq görüşü 86:72 hesabı ilə qazanıb.
Qarşılaşmanı İtaliya Prezidenti Sergio Mattarella, Türkiyənin Romadakı səfiri Elif Çomoğlu Ülgen və Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu da izləyib.
TRT Haber
Aysu Abbasova