00:00:00
Yazar
Elmira Ağayeva
23.04.2026 21:17 29 2 dəq oxuma
Siyasət

Türkiyədən İrana humanitar yardım göndərilib

Türkiyədən İrana humanitar yardım göndərilib

Türkiyənin İrana ayırdığı humanitar yardım yola salınıb və onun aprelin 24-də sərhədi keçəcəyi gözlənilir. Türkiyənin səhiyyə naziri Kemal Memişoğlunun bildirdiyinə görə, dərman və tibbi ləvazimatlar daşıyan 6 yük maşını Gürbulak sərhəd keçid məntəqəsi vasitəsilə İrana göndəriləcək.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, humanitar yardımın Türkiyə-İran münasibətlərinə təsir edib-etməməsindən asılı olmayaraq, həm Türkiyə, həm də Azərbaycan dövləti İrana humanitar yardımlar göndərməlidir:

 

 

“Hətta münasibətlərimiz gərgin olsa belə, bu yardımlar göndərilməlidir. Çünki İran əhalisinin təxminən 50 faizi soydaşlarımız- türklərdir. Orada əziyyət çəkənlər bizim qanımızdan olan insanlardır. Dövlətlərarası münasibətlərin necə olmasından asılı olmayaraq, onlara yardım əlimizi uzatmalıyıq və həmin bölgəni daim diqqətdə saxlamalıyıq. Bu baxımdan Azərbaycan Respublikası da artıq bir neçə dəfə İrana humanitar yardım göndərib və əminəm ki, bu yardımlar bundan sonra da davam edəcək. Qardaş Türkiyənin bu addımı isə mütləq təqdir olunmalıdır. Türkiyə böyük dövlətdir və eyni zamanda bölgəmizin ən önəmli ölkələrindən biridir. Belə proseslərdə ön sırada olması vacibdir. Ümumilikdə isə Türkiyənin bu cür addımları onun mövqelərini həmişə möhkəmləndirib və bundan sonra da möhkəmləndirəcək. Baş verən fəlakət və faciələrə biganə qalmadığını və istənilən halda insanların humanitar problemlərinə yardımçı olmağa çalışdığını bir daha göstərdi. Qardaş Türkiyə bu addımı atmaqla növbəti dəfə öz böyüklüyünü nümayiş etdirib”. 

 

Mələk Hüseynova

#Türkiyə #İran #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər