00:00:00
Yazar
Səadət Əlizadə
29.04.2026 20:38 130 2 dəq oxuma
Siyasət

“Türkiyə Ermənistan ilə münasibətlərin inkişafına qədəm qoyub”-ŞƏRH

“Türkiyə Ermənistan ilə münasibətlərin inkişafına qədəm qoyub”-ŞƏRH

ABŞ Ermənistan və Türkiyə arasında on illərdir bağlı olan iqtisadi-sosial kommunikasiyaların yenidən açılması istiqamətində atılan bu konkret addımları alqışlayır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin nizamlanması həm region, həm də ümumilikdə dünya üçün həm iqtisadi, həm siyasi yöndən müsbət nəticə verəcək:

 

“Düzdür, buna maneə olmaq istəyən tərəflər var. Lakin buna baxmayraq, İran, Rusiya və bəzi Avropa ölkələrinin maneələrini Türkiyə dəf etməyə qadirdir. Eyni zamanda burada Azərbaycanın böyük rolu var, çünki Ermənistan məsələlərində keçmiş Qarabağ münaqişəsindən doğan problemlərə baxmayaraq Türkiyə də öz siyasətini müəyyən dərəcədə sərhədlər çərçivəsində qurmaqda idi. Azərbaycan Ermənistan ilə problemi həll etdikdən sonra artıq bu sərhədlər götürülüb və Türkiyə də Ermənistan ilə münasibətlərin inkişafına qədəm qoyub. Cənubi Qafqazda siyasi balans Türkiyə və Azərbaycan xeyrinə dəyişir və bu birlik aparıcı gücə çevrilir. Rusiya və İran da təcrid olunmur, əksinə ortaq iqtisadi platformalarda iştiraka dəvət edilir. Lakin Türkiyənin Ermənistanla əlaqələri və ümumiyyətlə Ermənistan siyasəti hər zaman Azərbaycanın maraqlarını nəzərə alaraq qurulur. Bir çox məsələlərdə məsləhətləşmələr aparılır və bir çox mövzuda da ortaq mövqe sərgilənir. Bu, eyni zamanda həm Türkiyənin, həm də Azərbaycanın dövlət rəhbərlərinin siyasi iradəsi və dünyadakı böyük nüfuzu sayəsindədir. Odur ki, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı eyni zamanda Azərbaycan ilə münasibətlərə bağlıdır. Regionda sülhün, sabitliyin, iqtisadi, ticari inkişafın, kommunikasiya əlaqələrinin irəliləyişinin təminatçısı olaraq Azərbaycan və Türkiyə bu yolla bütün region üçün faydalı gələcəyə imza atıblar”.

 

Aytac İbrahimova

#gündəm #azərbaycan #yeni #“türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər