00:00:00
Yazar
Elmira Ağayeva
01.05.2026 19:45 19 1 dəq oxuma
Siyasət

Türkiyə–Fransa münasibətlərində gərginlik niyə yaşanır?

 

 

Türkiyə–Fransa münasibətlərində gərginlik niyə yaşanır?

NATO-nun iki mühüm müttəfiqi olsalar da, bir çox beynəlxalq və geosiyasi məsələlərdə fərqli mövqelərdə çıxış edən Türkiyə və Fransa hazırda Parisin Kipr Respublikası və Yunanıstanla inkişaf etdirdiyi hərbi əməkdaşlıq səbəbindən qarşı-qarşıya gəliblər.

 

 

 

Fransa son dövrlərdə hər iki ölkə ilə genişmiqyaslı hərbi razılaşmalar imzalayıb. Yaxın Şərqdə 28 fevralda başlayan müharibədən sonra həmrəylik və dəstək məqsədilə Kipr Respublikasına hərbi gəmilər və döyüş təyyarələri göndərib.

 

İyun ayında imzalanması gözlənilən yeni razılaşma ilə Kipr Respublikasına hərbi qüvvə yerləşdirməsi də mümkün ola bilər. Fransa Prezidenti Emmanuel Makronun 25 apreldə Afinaya səfəri zamanı verdiyi açıqlamalar Ankaranın etirazına səbəb olan növbəti hadisə olub.

 

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə televiziya proqramında çıxış edən Makron, Türkiyənin Egey dənizində Yunanıstanın suverenliyinə qarşı addım atacağı təqdirdə Fransanın necə reaksiya verəcəyi ilə bağlı suala:“Siz nə etməlisinizsə edin, biz də orada olacağıq”,-deyə cavab verib.

 

Fransanın bu son addımlarına Türkiyənin Milli Müdafiə Nazirliyi 30 apreldə reaksiya verib. Nazirliyin açıqlamasında Kipr adasına hərbi qüvvə yerləşdirməni də əhatə edən əməkdaşlığı genişləndirilməsinin regiondakı həssas tarazlığı poza və gərginliyi artıra biləcəyi vurğulanıb.

 

 

BBC News

Nuray Əliyeva

#Türkiyə #Fransa #Kipr #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər