00:00:00
Yazar
Zəhra Həsənova
26.05.2026 19:15 28 2 dəq oxuma
Siyasət

“Türkiyə hər zaman bölgədə qalıcı sülhün tərəfdarı olub”-ŞƏRH

“Türkiyə hər zaman bölgədə qalıcı sülhün tərəfdarı olub”-ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Al Səid ilə telefon danışığında Yaxın Şərqdə gərginliyin artmasının təhlükəli olduğunu bildirib və diplomatik təşəbbüslərin vacibliyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə hər zaman regionda gərginliyin azalması və sülhün təmin olunması üçün diplomatik təşəbbüslərlə çıxış edib:

 

“Türkiyə hər zaman bölgədə gərginliyin artmaması və problemlərin diplomatik yollarla həll olunması üçün təşəbbüslər irəli sürüb. Ukrayna müharibəsindən sonra İstanbulda bir neçə dəfə sülh danışıqlarının keçirilməsi də bunun göstəricisidir. Son dövrlərdə İran ətrafında baş verən gərginlik fonunda da diqqətlər yenidən Ankara və İstanbula yönəlib. Bu, artıq Türkiyənin dünyada sülhpərvər və vasitəçi ölkə kimi qəbul olunmasının nəticəsidir”.

 

Politoloq qeyd edib ki, Ankara bölgədə qalıcı sülhün təmin olunması üçün müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq etməyə çalışır:

 

“Türkiyə həm Rusiya, həm ABŞ, həm də Avropa ölkələri ilə münasibətləri balanslı şəkildə qorumağa çalışır. Xüsusilə, Rusiya ilə son illərdə yaxınlaşma təsadüfi deyil. Ankara anlayır ki, regionda sabitliyin qorunması üçün böyük güclərlə əməkdaşlıq vacibdir. Türkiyə bu siyasətlə həm regional təhlükəsizliyi möhkəmləndirməyə, həm də öz diplomatik rolunu artırmağa çalışır.Türkiyənin Fələstin məsələsində əsas məqsədi bölgədə ədalətli və davamlı sülhün əldə olunmasıdır.Türkiyə Fələstin məsələsində daim Fələstin xalqının yanında olduğunu nümayiş etdirib. Ankaranın əsas məqsədi Fələstinin dövlət kimi tanınması, Qəzzada humanitar faciələrin təkrarlanmaması və İsrail-Fələstin münaqişəsinin uzunmüddətli sülhlə nəticələnməsidir. Türkiyə bu mövqeyini həm diplomatik platformalarda, həm də beynəlxalq çağırışlarında açıq şəkildə ifadə edir”.

 

Ayşə Müzəfərli

#“türkiyə #hər #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər