00:00:00
Yazar
Zəhra Həsənova
21.09.2026 23:03 40 2 dəq oxuma
Siyasət

Türkiyə husilərlə müharibəyə girəcək? - ŞƏRH

Türkiyə husilərlə müharibəyə girəcək? - ŞƏRH

Yəməndə husilərin Səudiyyə Ərəbistanına hücumlarını artırması fonunda Ankaranın Ər-Riyada hərbi dəstək verməyə hazır olduğunu açıqlaması regionda yeni müharibə risklərini gündəmə gətirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, bu, həssas və kritik bir mövzudur:

 

“Həm Türkiyənin, həm də Pakistanın Məkkə sazişi çərçivəsində üzərlərinə götürdükləri öhdəliyə uyğun olaraq Səudiyyə Ərəbistanının müdafiəsi məqsədilə bu qüvvələrlə üz-üzə gəlməsi təkcə üç müttəfiq dövlətin husilərlə müharibəsi olmayacaqdır. Heç şübhəsiz ki, belə hərbi əməliyyatlar başlayandan dərhal sonra İran da husilərdən müharibəyə qatıla bilər. Mənə elə gəlir ki, həm Türkiyə, həm Pakistan tərəfi Səudiyyə Ərəbistanına başqa formada dəstəklərini daha çox ifadə etmək istəyirlər, həm də açıq bəyanatlar verməklə husiləri deyil, məhz husiləri bir proksi qüvvə kimi kullanan İrana qarşı son dərəcə sərt və real təhdid bəyanatlarından hələ kifayətlənəcəklər”.

 

Politoloqun sözlərinə görə, dost Pakistan İslam Respublikasının əhalisinin çoxluğu sünnilər olsa da, bu ölkə ərazisində kifayət qədər şiə müsəlmanlar da yaşayır:

 

“O cümlədən, qardaş Türkiyədə ələvilər olan bir toplum da kifayət qədər ciddi nüfuza malikdir. O cümlədən digər ölkələrdə, xüsusilə də Azərbaycan üçün də bu həssas bir mövzudur ki, Yaxın Şərq müharibəsinin belə bir yönəlməsi ciddi təhlükələr yaradır. Baxmayaraq ki, ölkəmiz kifayət qədər tolerant və dini baxımdan dözümlü bir ölkədir. Amma müharibənin bu boyda adlanması ölkəmiz üçün ciddi təhlükələr yarada bilər. Amma görünən budur ki, təkcə Amerika Birləşmiş Ştatları deyil, xüsusilə İsrail tərəfi, Qərb dünyası İslam ölkələri arasında belə bir çatışmanın yaranmasında maraqlıdır. Çünki bu müharibə Üçüncü Dünya müharibəsi öncəsi regional bir müharibəyə çevrilə bilər”.

 

Selcan Xudiyeva

#şərh #girəcək? #baki #türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər