00:00:00
Yazar
Nərmin Həşimova
07.05.2026 20:00 111 2 dəq oxuma
Siyasət

“Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki istiqamətlərdə əməkdaşlıq uğurla davam edir”- AÇIQLAMA

“Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki istiqamətlərdə əməkdaşlıq uğurla davam edir”- AÇIQLAMA

Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələr üzrə dinamik şəkildə inkişaf edir və xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. İki qardaş ölkə arasında formalaşan müttəfiqlik əlaqələri regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da vurğuladığı kimi, tərəflər arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlıq kifayət qədər güclüdür və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur. Bu yanaşma Türkiyə-Azərbaycan münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, həm də hərbi-texnoloji sahədə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən müdafiə sənayesi, təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təlim istiqamətlərində qarşılıqlı əməkdaşlıq kifayət qədər uğurla davam edir:


“Bu gün Türkiyə müdafiə sənayesi potensialına görə dünyanın aparıcı ölkələri sırasında yer alır. Türkiyə artıq 5-ci nəsil qırıcıların seriya istehsalına başlayıb, 6 min kilometr məsafəyə malik qitələrarası ballistik raketlərini ictimaiyyətə təqdim edir. Demək olar ki, bütün orta, yaxın və uzaq mənzilli silah-sursat istehsalı prosesini yerli və milli resurslar hesabına həyata keçirir. Bu göstəricilər fonunda rahatlıqla demək olar ki, hər iki qardaş ölkə yaxın aylarda bir çox ortaq və birgə layihələri ictimaiyyətə təqdim edəcək. Daha əvvəl də Azərbaycanda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı məlumatlar yayılıb. Bu ilin əvvəlində Türkiyənin istehsal etdiyi aviasiya vasitələrinin Azərbaycana verilməsi ilə bağlı xəbərlərə rast gəlmişdik. Bütün bunlar iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın artıq praktiki mərhələyə keçdiyini göstərir. Yəqin ki, yaxın aylarda biz bu birgə məhsulların təqdimatını da müşahidə edəcəyik. Birgə istehsal prosesi Azərbaycanın yeni müdafiə sənayesi şirkətlərinin yaranmasına, bu şirkətlərin kadr potensialının artmasına, həmçinin hər iki qardaş ölkə ilə yanaşı, digər müttəfiq və dost ölkələrin də döyüş potensialının güclənməsinə gətirib çıxaracaq ”.

 

Mehriban Yariyeva

#Azərbaycan #Türkiyə #güclənir #hərbi əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər