00:00:00
Yazar
Mayıl Soltan
20.02.2026 19:26 51 2 dəq oxuma
Siyasət Özəl

"Türkiyənin Aİ-nin müdafiə mexanizmlərinə daxil edilməsinin vaxtı çoxdan çatıb" - Politoloqdan Şərh

"Türkiyənin Aİ-nin müdafiə mexanizmlərinə daxil edilməsinin vaxtı çoxdan çatıb" - Politoloqdan Şərh

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Avropanın müdafiə və təhlükəsizlik mexanizmlərinə Türkiyənin daxil edilməsinin vaxtı çoxdan çatıb.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Avropanın təhlükəsizlik sistemini Türkiyəsiz təsəvvür etmək çətindir:

 

"Avropada təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması məsələsi, xüsusilə NATO daxilində ABŞ ilə münasibətlərin gərginləşməsi fonunda tez-tez gündəmə gəlir. Bu müzakirələrdə əsas rol oynayan dövlətlər Almaniya, Fransa və Böyük Britaniyadır. Böyük Britaniya Avropa İttifaqının üzvü olmasa da, NATO çərçivəsində Avropanın aparıcı dövlətlərindən biri hesab olunur. Avropa İttifaqına daxil olan ölkələr üçün ayrıca təhlükəsizlik mexanizminin yaradılması ideyası əvvəllər də, xüsusilə Fransa vasitəsilə, NATO-ya bənzər Avropa yönümlü bir ittifaqın formalaşdırılması kontekstində müzakirə edilib. Mövcud şəraitdə Türkiyənin bu strukturda iştirakı mühüm amil kimi qiymətləndirilir. Türkiyə Avropa İttifaqının üzvü olmasa da, regionun təhlükəsizlik sistemində əhəmiyyətli rola malikdir".

 

Politoloq qeyd edib ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, bəzi Avropa dövlətləri yeni təhlükəsizlik mexanizmi qurarkən Türkiyəni prosesdən kənarda saxlamağa çalışırlar:

 

"Eyni zamanda Rusiya–Ukrayna müharibəsi fonunda Avropa ölkələrinin hərbi sənayesinin gücləndirilməsi və silahlanmanın artırılması məsələləri də aktuallaşıb. Bu müzakirələrdə Türkiyənin rolu mütəmadi şəkildə qeyd olunur. Bununla belə, Avropa dövlətlərinin gec-tez Türkiyənin imkanlarına müraciət edəcəyi ehtimal olunur. Türkiyə NATO daxilində ABŞ-dən sonra ən böyük ordulardan birinə malikdir və sürətlə inkişaf edən hərbi sənayesi ilə seçilir. Bu səbəbdən Avropanın təhlükəsizlik sistemini Türkiyəsiz təsəvvür etmək çətindir. Hazırda NATO-nun Almaniyada keçirilən hərbi manevrlərində Türkiyə aparıcı iştirakçılardan biri kimi təxminən 2 min hərbçi ilə təmsil olunur".

 

Səmayə Səftərova

#müdafiə #edilməsinin #çatıb" #mexanizmlərinə #vaxtı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər