00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.09.2026 21:21 31 2 dəq oxuma
Siyasət

Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı ABŞ-lə müzakirələr davam edir

Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı ABŞ-lə müzakirələr davam edir

 


Ərdoğan: Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı ABŞ-lə müzakirələr davam edir. O, Trampın məsələyə müsbət yanaşdığını və konkret addımlar gözlədiklərini bildirib. Türkiyə lideri “Eurofighter” qırıcıları üzrə danışıqların da davam etdiyini qeyd edib.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-Türkiyə münasibətlərində yeni əməkdaşlıq imkanları yarana bilər:


“ABŞ-Türkiyə münasibətlərində buzların əriməsi və CAATSA sanksiyalarından geri dönülməsi mühüm təsir göstərə bilər. İki ölkə arasındakı əlaqələr yeni məna əldə edib. Bu proses yalnız F-16 və F-35 məsələləri ilə məhdudlaşmır. F-16-ların modernləşdirilməsi, ticarət və Suriya məsələsində əməkdaşlıq kimi imkanlar da açıla bilər”.


Politoloq qeyd edib ki, Türkiyənin F-35 proqramına qayıtması NATO-nun hava gücünü və Ankaranın mövqeyini gücləndirə bilə.“KAAN” isə alternativ olaraq qalır:


“NATO daxilində Türkiyənin mövqeyinin güclənməsinə böyük ehtiyac var. NATO-nun cənub-şərq cinahında hava gücü baxımından boşluq mövcuddur. Yunanıstan F-35 alır, Türkiyə isə “Eurofighter” və F-16-ların imkanlarına əsaslanır.

 


Türkiyənin F-35 əldə etməsi NATO daxilində beşinci nəsil hava vasitələrinə çıxışını təmin edə bilər. Ən azı, Türkiyə yenidən proqramın sənaye tərəfdaşına çevrilə bilər. Bu halda Ankara alternativ axtaran ölkə olmaqdan çıxaraq əsas müttəfiqlərdən biri kimi çıxış edə bilər.Müəyyən maneələr isə qalır. Türkiyənin yerli müdafiə məhsulu kimi “KAAN” qırıcısı da hazırlanır. Problemlərin davam etməsi halında bu, Türkiyə üçün alternativ variantlardan biri ola bilər”.


Nəticə olaraq politoloq bildirib ki, 2019-cu ildən bəri nələrin dəyişəcəyi qarşıdakı prosesdə aydın olacaq.


Aydan Əsgərxanlı

#bağlı #proqramına #baki #azərbaycan #müzakirələr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər