Türkiyə PA: Suriya rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə görüşməsi barədə iddialar əsassızdır
Bəzi beynəlxalq media orqanlarında və sosial media platformalarında Suriya hökuməti rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) ev sahibliyi ilə görüşdüyünə dair yayılan iddialara münasibət bildirilib.
“İnformator.az” APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bununla bağlı bəyanat yayıb.
Bəyanatda sözügedən iddiaların tamamilə əsassız olduğu bildirilib. Qeyd olunub ki, paylaşımlarda görüşün tarixi, yeri və məzmunu, eləcə də tərəflər arasında təmaslarla bağlı irəli sürülən iddialar reallığı əks etdirmir, uydurma və spekulyativ xarakter daşıyır. Qurum ictimaiyyətə yalnız rəsmi qurumların açıqlamalarına etibar etməyi tövsiyə edib.