00:00:00
Yazar
Admin User
04.07.2023 05:56 380 2 dəq oxuma
Maraqlı

Twitter-in yeni rəqibi Threats gəlir - DETALLAR

Twitter-in yeni rəqibi Threats gəlir - DETALLAR

Instagram ilə birlikdə işləyəcək Threads tətbiqi Apple App Store-da da yerini alıb. Tətbiqin skrinşotları onun Twitter kimi interfeysə malik olduğunu göstərir. Meta platformanı “mətn əsaslı söhbət proqramı” kimi təqdim edir.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, Thread-ın işə salınması Meta sahibi Mark Zukerberq və Twitter sahibi İlon Mask arasındakı rəqabətdə son addım olub. İkisi keçən ay bir-birləri ilə mübarizəyə razılaşdıqlarını elan edib. Digər tərəfdən Twitter məşhur idarəetmə vasitələrindən biri olan Tweetdeck-in 30 gün ərzində ödənişli olacağını da qeyd ediblər.

 

İlon Mask şirkəti əldə etdikdən sonra istifadəçiləri aylıq abunə haqqını ödəməyə inandırmaq üçün vasitələr axtarır. Şənbə günü Twitter-ə ödəniş etməyən abunəçilərin görə biləcəyi tvitlərin sayı məhdud olub və platformanın üzvü olmayanların isə tvitlərə girişi bloklanıb.

 

Lakin Meta-nın Threads tətbiqinin pulsuz olacağı və baxıla bilən paylaşımların sayında heç bir məhdudiyyət olmayacağı təxmin edilir. Tətbiq Meta-dan olan digər proqramlar kimi telefonunuzdakı məlumatlara da daxil olacaq. Bunlara yerləşdiyiniz yer, aldığınız məhsullar və internet tarixçəniz daxildir.

 

Son zamanlar Twitter-ə bənzər birdən çox proqram yayılmağa başlayıb. Bunlara Mastadon və ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən təsis edilən "Truth Social" daxildir. Bununla belə, Threads-in Twitter-ə qarşı daha güclü rəqib olması halı mümkündür. Mark Zukerberq daha çox başqa şirkətlərdən ideyalar götürərək öz məhsullarında daha uğurla tətbiq etməsi ilə tanınır.

 

Digər rəqiblərdən fərqli olaraq, Meta Twitter ilə rəqabət aparacaq maliyyə gücünə də malikdir.
İnstragram-a bağlı işləyəcək Thread yüz milyonlarla hesaba uyğun olacaq. Bu yolla, rəqiblərindən fərqli olaraq, sıfırdan başlamaq məcburiyyətində qalmayacaq.

 

İlon Maskın Twitter-i aldıqdan sonra atdığı bəzi addımlar ifadə azadlığı baxımından təqdir edilsə də, onun bəzi addımları da tənqid edilib və bəzi Twitter istifadəçiləri platformadan uzaqlaşıb. Zukerberq indi bu istifadəçiləri Threads-ə cəlb etməyə ümid edir.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər