Twitterin rəqibi Threads tətbiqinə ilk qoşulan məşhurlar
Meta-nın qurucusu Mark Zukerberqin Twitter-ə rəqib olaraq istifadəyə verdiyi Threads tətbiqi açılan kimi dünyada tanınmış şəxslərin də diqqətini çəkib. Yeni tətbiqə ilk qoşulan məşhur adlar...
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Meta-nın qurucusu Mark Zukerberqin İlon Maskın Twitter-ə rəqib olaraq təqdim etdiyi Threads tətbiqi 100-dən çox ölkədə istifadə olunub. Məşhur adlar artıq Meta-nın ana şirkəti olan Facebook və Instagram-ın "mətn əsaslı söhbət proqramı" olan Threads-ə qeydiyyatdan keçməyə başlayıblar.
Şakira ilk 4 saat ərzində 5 milyondan çox insanın hesab açdığı Threads tətbiqinin ilk istifadəçilərindən biri olub. İnstaqramın ən məşhur adlarından biri olan Kim Kardaşyan və Xloe Kardaşyan indi Threads dünyasındadır. Cennifer Lopez, Castin Biber və məşhur britaniyalı aşpaz Qordon Remzi Threads-in ilk istifadəçiləri arasında idi.
Qonşu Türkiyədən Hadisə, Ezgi Mola, Sertab Erener, Pınar Altuğ, Gülben Ergen, Seda Nazir, Ebru Gündeş, Emel Çölgeçen, Reynmen, Hande Erçel, Can Yılmaz, Hande Yener, Kerem Bürsin, Mert Fırat, Mert Yazıcıoğlu, Simge Sağın kimi tabınmış adlar da yeni tətbiqə qoşulublar.
Qeyd edək ki, sözügedən tətbiq azərbaycanlı sosial şəbəkə istifadəçiləri arasında da məşhurlaşmaya başlayıb. Threads - zəncir deməkdir. Facebook-un qurucusu Mark Zukerberq tətbiq açıldıqdan sonra "Welcome to Threads" (Threads-ə xoş gəlmisiniz) paylaşıb. Mütəxəssislərin fikrincə, Instagram ilə birlikdə işləyən Threads Twitter-dəki son dəyişikliklərdən məmnun olmayan istifadəçiləri cəlb etmək potensialına malikdir. Mətn əsaslı tətbiqdə eyni anda 500-ə qədər hərf paylaşıla bilər. Threads-də Twitter-də olduğu kimi, mətn mesajları ilə yanaşı, linkləri, fotoşəkilləri və videoları da paylaşmaq mümkündür.
Bildirilir ki, stifadəçilər Instagram hesablarından istifadə edərək platformaya qeydiyyatdan keçə və mövcud kontaktlarını izləyə bilərlər. Yuxarıda da qeyd olunduğu kimi tətbiq 100-dən çox ölkədə mövcud olsa da, hələ ki, Avropa İttifaqında mövcud deyil. Bu, Avropa İttifaqında istifadəçi məlumatları ilə bağlı qaydalarla əlaqələndirilir.
