00:00:00
Yazar
Admin User
23.11.2015 10:42 708 2 dəq oxuma
Dünya

Üç İŞİD gəlininin etirafları

\"Nyu-York Times\"Rakkadan qaçan üç İŞİD gəlinindən müsahibə alıb.
Üç İŞİD gəlininin etirafları

\"Nyu-York Times\"Rakkadan qaçan üç İŞİD gəlinindən müsahibə alıb.

İnformator xəbər verir ki, Rakkada İŞİD-in əxlaq polisi olarkən təzyiqlərdən sıxılıb qaçan 3 suriyalı qadın \"Nyu-York Times\"a müsahibə verib. 25 yaşlı Avs, yaxın qohumları 20 yaşlı Dua və 22 yaşlı Esma insan alverçilərinin yardımı ilə Türkiyəyə qaçıb. İŞİD gəlinlərinin həyat hekayəsi çox maraqlıdır. 

Fırat Universitetində İngilis ədəbiyyatı üzrə təhsil alan 25 yaşlı Avs türk üstançı Əbu Məhəmmədi bəyənib, onunla evlənməyə razı olur. Həyat yoldaşı cəbhədə olanda o, digər İŞİD gəlinləri ilə vaxt keçirib. Bəzən yalnız qalsa da yezidi seks kölələrindən şanslı olduğunu bilirdi. Ana olmaq istəyir, amma komandirlər yeni ataların döyüşməyə könülsüz olacaqlarını düşündükləri üçün əri buna qarşı çıxıb. 

Onun yaxın qohumuDuanın fermer atası qızını riyadlı zəngin bir ailədən olan səudiyyəli üsyançıya ərə verir. Müasir mətbəxi, isidici sistemi olan bir evdə məskunlaşan cütlüyün alış-verişlərini xidmətçilər edib. Dua yeni həyatından məmnun idi, amma boş vaxtı çox idi. İki qadın rahat hərəkət edə bilmək üçün keçən fevral ayında qadınlardan ibarət Hamsa Tüməninə qoşulur. Hərbi və dini təlimdən keçib bir ay sonra işə başladılar. Birlikdə hər millətdən olan qadın vardı, amma əcnəbilərlə danışmaq qadağan idi. Əcnəbi qadınların daha çox maaş aldığını öyrənmələrini istəmirdilər. Əcnəbi qadınların Türkiyə sərhədindən götürülüb Rakkaya aparılmasında 22 yaşlı Esma məsuliyyət daşıyırdı. Britaniyadan qaçan 3 lisey şagirdi qızı da Esma qarşılayıb və oteldə yerləşdirib. 

Kəsdiyi başları Rakka meydanlarında günlərlə nümayş etdirən İŞİD=lə əməkdaşlıq uzun sürmür. Polis bölməsində rəfiqəsi və anasının dar çarşab geyindikləri üçün qamçılandıqlarına şahid olan Dua ərinin Tel Abyadda kamikadze olduğunu və özünü öldürdüyünü öyrənir. Dərhal yenidən evlənməli olduğu deyilir. Avsa ərinin partlayış zamanı öldüyü deyilir. Evləndirildiyi misirli terrorçunu bəyənmir. Həmin terrorçu iki ay sonra qaçır. 

Üç qadın heç bir çətinlik çəkmədən Türkiyəyə qaçır. Cənub-şərqdəki suriyalıların arasında ingilis və türkçə öyrənirlər. Bu müddətdə isə İŞİD üzvü olduqlarını hər kəsdən gizlədirlər. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər