Uçan obyekt, ya aerostat?
Bir neçə vaxt əvvəl ABŞ və Kanada səmasında naməlum uçan obyektlərin görünməsi gündəm oldu. Belə ki, Kanadanın Baş naziri Castin Trüdo Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığının ölkə üzərində naməlum obyekti vurduğunu bildirdi. Eyni zamanda Trüdo ABŞ Prezidenti Cozef Baydenlə vurulan obyekt ətrafındakı vəziyyəti müzakirə etdiyini vurğuladı. Ağ Ev sözçüsü Karin Jan-Pyer isə Şimali Amerikada vurulan obyektlərlə bağlı hər hansı yadplanetli fəaliyyətinin müşahidə edilmədiyini qeyd edib. İddialara görə, sözügedən aparat Rusiya, və yaxud da Çinə məxsus aerostatdır. Astrofotoqraf Ələkbər Əliyev son baş verən hadisələri daha çox ölkə daxilində yaşanan hadisələrlə əlaqələndirir. Onun sözlərinə görə, ABŞ-da qəzaya düşən qatar vətəndaşların böyük narahatlığına səbəb olub.
Pentaqonun açıqlamasında isə deyilir ki, bazar günü ABŞ hərbçilərinin ölkənin şimalındakı Huron gölü üzərində hava məkanında vurulan obyekt “potensial kəşfiyyat imkanlarına görə” təhlükə yaradırdı, çünki o, mühüm milli təhlükəsizlik əhəmiyyəti olan hərbi obyektlərin yaxınlığından uçurdu.
Zamanla naməlum uçan obyektlər və yadplanetlilərlə bağlı fərqli fərziyələr səsləndirilir. Lakin hələ də adı çəkilən iddialar öz təsdiqini tapmayıb. Müxtəlif dövrlərdə kameralara düşən görüntülər isə müzakirələrə səbəb olub. 2015-ci ildə ABŞ hava qüvvələrinin çəkdiyi və Pentaqonun təsdiq elədiyi bu görüntülərdəki obyektin yadplanetlilərə aid olma ehtimalı yüksək hesab edilir.
Qasım
