Uçuş zolağından çıxan təyyarə pide kafesinə çevrildi
Türkiyədə uçuş zolağından çıxan təyyarə pide kafesi olub.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözgedən təyyarə 13 yanvar 2018-ci il tarixində Ankara - Trabzon reysini yerinə yetirərkən Trabzon Hava Limanına enərkən uçuş-enmə zolağından çıxıb. Eniş hissələri palçığa ilişən təyyarə dənizin 25 metrliyində dayana bilib. Təyyarədə olan 162 sərnişin və 6 ekipaj üzvü ekipajların müdaxiləsi ilə təxliyə edilib.
Təyyarənin uçuş üçün yararsız olduğu qərarı veridlikdən sonra, pide kafesinə çevrilib. Pide salonuna çevrilən təyyarənin ərəb turistlərin diqqətini xüsus çəkdiyi bildirilib.
Aydan
