UĞURSUZLUĞUN SƏBƏBİ NƏDİR?
İnsanlar üçün ən böyük qorxulardan biri uğursuzluqdur. Bir iş üçün ilk addım atdıqda ağılllarına gələn ilk fikir "uğursuzluqla nəticələnməz ki?" sualı olur. Bəs insanları geri çəkən bu düşüncə nədən qaynaqlanır?
Ailə və uşaq psixoluqu Aynur İsmayılova uğursuzluğun başlıca səbəbini özünə inamsızlıqda görür. Psixoloq əlavə edir ki, bu insanların uşaq yaşlarında valideynləri ilə olan münasibətlərindən də asılıdır. Belə ki valideynlərin bir qismi övladlarına inansalar da bu inamı onlarda aşılaya bilmirlər, ya da əksinə onlara başqa uşaqları nümunə çəkib özgüvənlərini aşağı salırlar. Bu da uşaqların özgüvənsiz böyüməyinə, "mən də heç nə alınmayacaq" deməyinə gətirib çıxarır.
Psixoloq valideynlərə tövsiyə edir ki, övladlarında özgüvən hissini yüksək tutsunlar, onlara "sən bunu bacaraqsan! Sən istəyəndən sonra niyə də olmasın?!" fikrini aşılasınlar. O zaman cəmiyyətimizdə uğurlu şəxslərin sayı çoxalar.
Qeyd edək ki, özgüvənsizlik hissi sonunda depressiyaya gətirib çıxarır. Bu insan üçün çox mənfi haldır. Ona görə hər zaman özgüvən hissimizi daxilimizdə üstün tutmalıyıq.
Çinarə Muradova
