00:00:00
Yazar
Səmayə Səftərova
21.10.2026 21:22 36 1 dəq oxuma
Siyasət

Uitkoff: Tramp Ukrayna üzrə hərtərəfli sülh razılaşmasına nail olmaq niyyətindədir

Uitkoff: Tramp Ukrayna üzrə hərtərəfli sülh razılaşmasına nail olmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin başa çatdırılması və hərtərəfli sülh razılaşmasının əldə olunması istiqamətində səylərini davam etdirir.

 

 “İnformator.az” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində paylaşım edib.

 

Onun sözlərinə görə, sülh prosesində hələ mühüm işlərin görülməsinə ehtiyac olsa da, Tramp müharibənin dayandırılmasında qərarlıdır. “Qarşıda hələ mühüm işlər görülsə də, Prezident Tramp bu müharibəyə son qoymaq və gələcək nəsillərin təhlükəsizliyinə və rifahına xidmət edəcək hərtərəfli, davamlı sülhə nail olmaq əzmindədir”, – Uitkoff bildirib.

#ABŞ #Ukrayna #müharibə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər