00:00:00
Yazar
Zəhra Həsənova
22.10.2026 22:24 15 1 dəq oxuma
Siyasət

Uitkoff: Tramp Ukrayna üzrə hərtərəfli sülh razılaşmasına nail olmaq niyyətindədir

Uitkoff: Tramp Ukrayna üzrə hərtərəfli sülh razılaşmasına nail olmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin başa çatdırılması və hərtərəfli sülh razılaşmasının əldə olunması istiqamətində səylərini davam etdirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Amerika Birləşmiş Ştatlarının əsas məqsədi müharibəni dayandırmaqdır:

 

“Hərtərəfli sülhə nail olmaq indiki şəraitdə real görünmür. Belə bir şəraitdə, əlbəttə ki, Tramp bunu istəyə, arzulaya bilər, lakin onun istəyinə nail olması mümkünsüz görünür. O baxımdan düşünürəm ki, indiki mərhələdə tərəflərin qeyd-şərtsiz atəşkəsə getməsinə nail olmaq olar. Ukrayna tərəfi ilk gündən buna hazırdır. Donald Trampın sadəcə qeyd-şərtsiz atəşkəs məsələsində uğur qazanması mümkündür. Amma hərtərəfli sülh indiki şəraitdə mümkünsüz görünür. Dəfələrlə müharibənin nə vaxt bitə biləcəyi ilə bağlı proqnozlar vermişik. Lakin sonradan əlavə problemlər ortaya çıxıb, yeni hadisələr baş verib”.

 

Siyasi şərhçinin sözlərinə görə, hazırda proqnoz verməkdə çətinlik çəkirik:

 

“Bu məsələdə vasitəçilik edən Donald Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyində sabitlik yoxdur. Gah Rusiyaya meyil göstərirlər, gah da Ukraynaya yardım edirlər. Rusiya qeyd-şərtsiz atəşkəsi qəbul etmək istəmir, Ukrayna isə buna hazır olduğunu bildirir. O baxımdan müharibənin yaxın vaxtlarda başa çata biləcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirik”.

 

Selcan Xudiyeva

#ukrayna #razılaşmasına #azərbaycan #sülh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər