00:00:00
Yazar
Zəri Bayramlı
15.07.2026 19:12 27 2 dəq oxuma
Siyasət

Ukrayna Avropa müdafiə sənayesinə inteqrasiya edir: Aİ ilə yeni strateji mərhələ

Ukrayna Avropa müdafiə sənayesinə inteqrasiya edir: Aİ ilə yeni strateji mərhələ

Avropa Komissiyası Ukrayna ilə müdafiə sənayesinin iki proqramına qoşulmaq barədə saziş imzalayıb. Andryus Kubilyus özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

"Ukraynanın müdafiə naziri Mixail Fyodorovla birlikdə biz Ukraynanın Avropa İttifaqının müdafiə sənayesinin iki əsas proqramına - Avropa Müdafiə Fonduna (EDF) və Avropa Müdafiə Sənayesi Proqramı çərçivəsində Ukraynaya dəstək alətinə (EDIP/USI) qoşulmasına dair sazişlər imzaladıq. Ukrayna bizim siyasətimizin bir hissəsinə çevrilir. İnteqrasiya davam edir!", - A.Kubilyus yazıb.

 

Məsələ ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Komissiyası ilə Ukrayna arasında imzalanan bu saziş Kiyevin Avropa İttifaqına inteqrasiyasında növbəti strateji mərhələdir:


 

"Əgər indiyədək inteqrasiya prosesi daha çox siyasi, hüquqi və iqtisadi islahatlar üzərində qurulurdusa, indi müdafiə və təhlükəsizlik sahəsi də bu prosesin ayrılmaz hissəsinə çevrilir. Bu addım sübut edir ki, Avropa İttifaqı Ukraynanı təkcə namizəd ölkə kimi deyil, gələcək Avropa təhlükəsizlik sisteminin mühüm elementi kimi görür. Eyni zamanda, bu qərar Rusiyaya da siyasi mesajdır ki, Ukraynanın Avropa institutları ilə inteqrasiyası davam edir və hərbi təzyiqlərlə bu prosesi dayandırmaq mümkün olmayacaq”.

 

 

Politoloqun sözlərinə görə, yeni saziş Ukrayna üçün həm qısa, həm də uzunmüddətli perspektivdə geniş imkanlar açır:

 

 

“Saziş Ukraynanın müdafiə sənayesi üçün də geniş imkanlar yaradır. Avropa Müdafiə Fonduna və müdafiə sənayesi proqramlarına qoşulmaq Ukrayna şirkətlərinin Avropa müdafiə layihələrində iştirakına, yeni texnologiyalara çıxışına, birgə istehsal və elmi-tədqiqat proqramlarından faydalanmasına şərait yaradacaq. Bu, bir tərəfdən Ukraynanın müdafiə sənayesinin müharibə şəraitində dayanıqlığını artıracaq, digər tərəfdən isə ölkənin gələcəkdə Avropa müdafiə sənayesinin istehsal və innovasiya zəncirinə inteqrasiya olunmasını sürətləndirəcək. Bununla Aİ həm Ukraynanın müdafiə qabiliyyətini gücləndirir, həm də özünün uzunmüddətli təhlükəsizlik və müdafiə potensialını artırmış olur”.

 

Zəri Bayramlı

#ai̇ #sənayesinə #gündəm #müdafiə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər