00:00:00
Yazar
Səadət Əlizadə
18.05.2026 15:29 211 1 dəq oxuma
Siyasət

Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafı hər iki ölkə üçün mühümdür:

 

“Xüsusən indiki dövrdə bu münasibətlərin sıxlaşması Ukrayna üçün daha zəruri əhəmiyyət kəsb edir. Cənubi Qafqazda geosiyasi cari vəziyyət də Ukrayna - Azərbaycan əməkdaşlığını daha geniş əhatədə və formatda formalaşdırır. Doğrudur, hazırda müharibə şəraitində olan Ukrayna bir çox imkanlardan məhrum olub. Müasir texnologiyaların inkişafı və digər mühüm məsələlərdə müharibə vəziyyəti ilə bağlı çətinliklər yaranır. Ukrayna baş nazirinin müavininin Azərbaycana səfəri iki ölkə arasındakı sıx münasibətlərin daha da inkişaf edəcəyindən xəbər verir. Ukrayna üçün də Rusiyaya mesaj xarakteri daşıyır. Çünki artıq Rusiya işğal və imperiya siyasəti sayəsində bölgədə təcrid olunmağa doğru gedir. Gürcüstandan sonra Ukrayna ilə yanaşı artıq Ermənistanla da gərginlik yaşayır. Ukraynanın bu ölkələrlə yaxın əlaqələri, sıx münasibətləri Rusiya üçün arzuolunmaz olmasa geosiyasi durum, reallıq bu prosesi zamanın, şəraitin tələbi ilə labüdləşdirir. Eyni zamanda Azərbaycanın balanslı siyasət yeridərək Rusiya ilə də münasibətləri pozmadan Ukrayna ilə əlaqələri sıxlaşdırması, hər iki ölkə üçün faydalı gələcək vəd edir”.


Səadət Əlizadə

#gəlib #müavini #ukrayna #azərbaycana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər