00:00:00
Yazar
Zəhra Həsənova
18.02.2026 19:46 20 2 dəq oxuma
Siyasət Özəl

Ukrayna danışıqları öncəsi kritik qərar: İtaliya Rusiya təyyarəsinə icazə verib

Ukrayna danışıqları öncəsi kritik qərar: İtaliya Rusiya təyyarəsinə icazə verib

İtaliya Ukrayna ilə bağlı danışıqlar üçün Cenevrəyə gedən Rusiya nümayəndə heyətinin olduğu təyyarənin ölkənin hava məkanından keçidinə icazə verib, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, İtaliyanın Rusiya nümayəndə heyətini daşıyan təyyarəyə hava məkanı açması tamamilə normal hadisədir:

 

"Bu addım Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalara zidd deyil. Çünki söhbət kommersiya reysindən yox, sülh danışıqları aparmaq üçün göndərilən nümayəndə heyətindən gedir. Bu isə adi prosedur qaydası sayılır. Nəzərə almaq lazımdır ki, danışıqlar Rusiya ərazisində keçirilmirsə, Rusiya nümayəndə heyəti istənilən halda hansısa ölkələrin hava məkanından istifadə etməlidir. Bu baxımdan uçuş üçün icazə verilməsi təbii haldır. Burada əsas məsələ hava məkanının açılması deyil, danışıqlarda hansı nəticələrin əldə olunacağıdır. Həm ABŞ, həm də Rusiya bu məsələ ilə bağlı İtaliyaya müraciət edib və müsbət cavab alıb. Ukrayna nümayəndə heyəti də görüşə gedərkən digər ölkələrin hava məkanından istifadə edib. Belə qərarlar sülh prosesinə xidmət edir. Danışıqlarda irəliləyiş əldə olunması üçün bütün tərəflər öz maraqlarını qorumaqla yanaşı, müəyyən güzəştləri də nəzərdən keçirməlidir. Avropa Birliyinin mövqeyi də nəzərə alınmaqla, Ukrayna müharibəsinin dayandırılması istiqamətində yaxın vaxtlarda müsbət nəticələr mümkündür. Lakin bunun üçün Kremlin aqressiv mövqedən geri çəkilməsi vacibdir. Hazırda Rusiya öz şərtlərini qəbul etdirmək məqsədilə hərbi hazırlığı davam etdirir. Danışıqlarla paralel şəkildə hərbi addımların atılması isə ümumi sülh prosesinə mənfi təsir göstərə bilər".

 

Qəmər Kazımzadə

#qərar: #kritik #i̇taliya #icazə #danışıqları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər