00:00:00
Yazar
Güllər Gülhüseynova
05.05.2026 20:18 59 2 dəq oxuma
Siyasət

Ukrayna-Ermənistan münasibətlərində yeni mərhələ: regionda siyasi balans dəyişir

Ukrayna-Ermənistan münasibətlərində yeni mərhələ: regionda siyasi balans dəyişir

Ukrayna Prezidenti Volodimir Zelenski 2026-cı ildə Ukrayna və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın iclasını Kiyevdə keçirməyi təklif edib.

 

Onun sözlərinə görə, təklif İrəvanda "Avropa Siyasi Birliyi" sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı səsləndirilib.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bir müddət Ermənistan və Ukrayna arasında diplomatik əlaqələr zəif olub və müəyyən səviyyədə problemlərlə müşahidə olunub.

 

“Bunun əsas səbəblərindən biri Ukrayna səfirinin Ermənistanda tam qəbul olunmaması və tərəflər arasında siyasi etimadsızlığın mövcudluğu idi. Lakin son dövrlərdə baş verən hadisələrdən sonra bu iki ölkə arasında münasibətlərdə yenidən canlanma müşahidə olunur. Ukrayna Ermənistanla əməkdaşlığı genişləndirməyə çalışır və bu, xüsusilə regionda yeni siyasi balansın formalaşdırılması ilə əlaqələndirilir. Ümumilikdə, Ukraynanın xarici siyasət kursu keçmiş sovet məkanında alternativ bir təsir və əməkdaşlıq mərkəzi yaratmağa yönəlib. Bu çərçivədə Ukrayna, Rusiyanın təsir dairəsində olan ölkələrlə daha sıx münasibətlər qurmağa çalışır. Ermənistan üçün bu proses müəyyən risklər də yarada bilər. Çünki ölkə iqtisadi baxımdan hələ də Rusiya ilə sıx əməkdaşlıq edir, lakin siyasi kursunda müəyyən dəyişikliklər müşahidə olunur. Bu isə Rusiyanın maraqlarına tam uyğun gəlmir. Ukraynanın regionda rəqabət platforması yaratmaq cəhdləri və keçmiş sovet ölkələri ilə əlaqələri dərinləşdirməsi, bu dövlətlərin tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşmasına səbəb ola bilər”.

 

Güllər Gülhüseynova

#Ukrayna #Ermənistan #siyasət #Zelenski #Paşinyan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər